Yay fəsli yalnız istirahət üçün ideal mövsüm deyil, həm də soyuq fəsillərdə daha rahat, daha münasib evlərdə yaşamanı hazırlamaq üçün əlverişli zamandır. Məhz bu səbədən ilin bu üç ayı təmir – tikinti işlərinin ən qızğın dövrü sayılır və bu zaman ən çox müraciət olunan məhsullar artıq iyirmi ilə yaxındır Azərbaycanın tikinti bazarında öz sözünü demiş “Mətanət A” şirkətinin müxtəlif brendləri olur. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin məhsulları ölkəmizdə yalnız tikinti işlərində deyil, təmir işlərində də uğurla tətbiq olunur. Təmir işlərində istehlakçıların ən çox rəğbətini qazanan markalardan biri isə ROKOL boyalarıdır.