Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır. 2012-ci il avqustun 8-də isə İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür.
Hal-hazırda şirkət 3 sistemdə, 28 məhsul qrupunda fəaliyyət göstərməklə 200- dən çox ticarət markasına malikdir. Keramika yapışdırıcıları, Aralıq doldurma qarışıqları, Təmir və ankraj qarışıqları, Hidroizolyasiya qarışıqları, İstilik izolyasiya məhsulları, Gips əsaslı məhsullar, Sement əsaslı suvaq məhsulları, Dekorativ fasad suvaqları, FASNATURAL – ağlay əsaslı fasad lövhələri və arxitektura elementləri, Əhəng məhsulları, PVA yapışqan məhsulları, Boya məhsulları, Astarlar, Səth qoruma və səth təmizləmə maddələri, Gipskarton lövhələri, Gipskarton profil və aksesuarlar, Hörgü materialları, Fasad örtükləri, Mineral daş yunu və aksesuarlar, İNOVEX – quru divar sistemləri, Sement əsaslı səth sərtləşdiriciləri, Epoksid və poliuretan əsaslı döşəmə örtükləri, Özü yayılan şap məhsulları, Beton qatqıları, Suvaq qatqıları, Beton yardımçı məhsulları, Üyütməyə yardımçı məhsullar, Yeraltı inşaat yardımçı məhsulları və s. məhsul qrupları üzrə 2000-dən artıq çeşidə malikdir. İstehsal prosesində innovasiyalara və yaşıl texnologiyaya əsaslanaraq istehsal edilən bu məhsullar ölkəmizdə ekoloji sağlam inşaat materiallarının tətbiqini sürətləndirmiş, təmir və tikintidə yeni bir baxış formalaşdırmışdır.
“Mətanət A” şirkətinə aid ROKOL boya zavodu şirkətlər qrupuna aid olan ən son texnologiya ilə təchiz edilmiş zavodlardan biridir. Geniş istehlakçı auditoriyasının tələblərinə cavab verən zəngin boya çeşidinə malik ROKOL boyaları, Azərbaycanda boya sektorunda yeni bir cığır açmışdır. Fəaliyyətə başladığı gündən qısa bir müddətdə milli brendlər arasında öz əhəmiyyətli mövqeyi ilə seçilən ROKOL boyaları inşaat boyaları, sənaye boyaları və dekorativ boyalar olmaqla 3 qrupa bölünür. Çeşid istiqamətləri aşağıdakı kimidir:
İnşaat boyaları: Daxili məkan boyaları, Fasad boyaları, Yol çizgi boyaları, Məcunlar, Sintetik boyalar, Taxta-lak qrupu, Rəngləndirmə sistemləri və s. alt qruplarda birləşir.
Sənaye boyaları: Sellülozik boya və laklar, Rapid boyalar, Solventli epoksid boyalar, Poliuretan məhsul qrupu və s.
Dekorativ boyalar: Venesiya məcunu, mirvari boyalar, teksturalı boya və s.
Bu gün ROKOL boyalarına tələbat nəinki ölkə daxilində, həmçinin qonşu Gürcüstan, Qazaxstan, Rusiya, İrak, Özbəkistan və s. ölkələrdə də yüksək rəğbətlə qarşılanır. İnşaat şirkətləri ROKOL boyasını əminliklə seçir, usta və mühəndislər, xüsusən ev sahibləri ekoloji sağlam ROKOL boyalarına güvənir. ROKOL boya çeşidləri klassik, neoklassik təmirdə olduğu qədər, müasir tipli təmirlərdə, o cümlədən “ağıllı ev sistemləri”ndə də uğurla tətbiq edilir. İstifadəsi rahatdır, örtmə qabliyyəti yüksəkdir, sərfiyyatı həm inşaat şirkətləri, həm də ev sahibləri üçün sərfəlidir. Ən önəmlisi ROKOL boyalarına “Mətanət A” şirkəti tərəfindən zəmanət verilir.
Əziz ustalar, ev sahibləri, hörmətli inşaat şirkətlərinin rəhbərləri!
Təmir, tikinti planlayarkən ROKOL boyalarının zəngin çeşidlərini, zərif rəng çalarlarını incələmədən qərar verməyin! Çünki biz məhz Sizin yüksək zövqünüzü və yüksək keyfiyyət tələblərinizi düşünərək ROKOL-u yaratdıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik!