Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Səthi aktiv maddələri özündə əks etdirən, sement əsaslı qalıqları asanlıqla təmizləyən məhsuldur.
Qarışdırılması. Plitələrin üzərində qalan qalıqların miqdarından asılı olaraq 1/5 və ya 1/10 nisbətində su ilə qarışdırıla bilər.
Əl ilə təmizləmə: ROKOL İdeal Sement Təmizləyicisi məhsulunu fırça ilə təmizlənəcək sahənin təxminən 2 m²-lik hissəsinə yayın. 2-3 dəqiqə gözlədikdən sonra bez ilə sürtüb təmizləyin. Yerdə əmələ gələn çirkli suyu süngər ilə vedrəyə doldurun. Bez və süngəri təmiz su ilə yuyun. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərdə daha az miqdarda su qarışdırmaqla hazırlanan ROKOL İdeal Sement Təmizləyicisi məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb silin və qurumasını gözləyin. Çətin və qalın ləkələrin təmizlənməsində ROKOL İdeal Sement Təmizləyicisi məhsulunu su qarışdırmadan daha uzun müddət səthdə saxlamaqla istifadə edin.
Rəngi: Şəffaf maye
Qarışma nisbəti:
Təmizləyicisi / su 1/5 - 1/10
İstifadə temperaturu +5oC - +30oC
Qablaşdırma: 10 l, 4 l və 1 l plastik qablarda
Sərfiyyat dəyişkəndir
Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.