Həftənin təklifi

product

İZOFAKT Epoksid Əsaslı Qoruyucu Örtük

Məhsulun kodu:

52.38 AZN
Kateqoriya:
Epoksid örtük məhsulları, solventsiz
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Epoksid əsaslı, xüsusilə betonu və poladı (metalı) xarici təsirlərdən qoruyan, kimyəvi komponentlərlə zənginləşdirilmiş ikikompo­nent­li örtük məhsuludur.

İstifadə Sahələri:

Daxili və xarici məkanlarda, qoruyucu örtük olaraq metal çənlərdə,beton hovuzlarda,yağ və yanacaq anbarlarında.

İstifadə Qaydaları:

Səthin hazırlanması: İzoFakt çəkiləcək beton və ya metal səthlər sağlam, təmiz, quru və olduqca düzgün olmalıdır.

Tətbiqi :

Beton səthdə:  Qurğu və konstruksiya­ların su ilə təmasda olan sement əsaslı səthləri quru, tozsuz və təmiz olmalıdır. Səth yağ, pas, parafin və s. qalıqlardan tamamilə təmizlən­məlidir. Səth­dəki dəmir və taxta parçaları çıxarılmalı, aktiv su sızıntıları olarsa İzokontakt 1 məhsulu və ya digər oxşar məhsulla doldurul­malıdır.  Beto­nun tökülməsindən ən azı 28 gün keçdik­dən sonra səthə İzoFakt məhsulu çəkilməlidir.

Metal səthdə: Metal səthlər yağ, pas, parafin və digər yapışmağa mane olan qalıqlardan  yüksək təzyiqlə iri dənəli kvars qumu vurmaqla  və ya xüsusi aşındırıcılarla təmizlənməlidir. Qumla təmizlənmə mümkün olmayan hallarda səth  isti hava vuran alətdən, zərbəli çəkicdən  və ya fırlanan simli fırçadan istifadə etməklə təmiz­lənə bilər. Təmizlədikdən dərhal sonra səthə İzoFakt məhsulu çəkilməlidir. Səthin yenidən korroziyaya uğramasına yol verilmə­məlidir.

Xüsusiyyətlər:

Tərkibi:

Komponent A: Epoksid qatranı

Komponent B: Epoksid sərtləşdirici

Rəngi: Bəyaz, boz, qırmızı və s.

Bərkimə müddəti: 

İlk: 24 saat

Son: 7 gün

Qablaşdırma:

Komponent A: 4.36 kq Net

Komponent B: 0.64 kq Net

İzoFakt-ın iki qat istifadəsi tövsiyə olunur. Sərfiyyat təxminən hər qat üçün 0.2 - 0.4 kq/m2 -dır. İzoFakt-ın quru qatının qalınlığının 0.125-0.250 mm olması kifayətdir.

Saxlama müddəti:

Açılmamış orijinal qablarda, sərin və quru şəraitdə, şaxtadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar:

H315 - dərinin qıcıqlanmasına səbəb ola bilər.

H319 - ciddi göz qıcıqlanmalarına səbəb olur.

P261 – Toz, duman, qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.

P273 - ətrafa tökülməsinin qarşısını alın.

P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.

P303+P361+P353 - dəri (və ya saç) ilə təmasda olduqda geyiminizi çıxarın , dərinizi su ilə yuyun

P333+313 - dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin

P403+P235 – Yaxşı havalandırma olan yerdə saxlayın

P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !