Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Poliuretan qatran əsaslı, tərkibində su və solvent olmayan, quruduqdan sonra səthdə elastiki təbəqə yaradan, ikikomponentli parket yapışdırıcısıdır.
Səthin hazırlanması: Səth hamar, təmiz, tozsuz və quru olmalıdır. Səthdə çatlamış yerlər olmamalıdır.
İstifadədən qabaq sərtləşdirici -B komponenti, A komponentinin üzərinə boşaldılmalı, aşağı dövriyyəli mikserlə məhsul bircinsli olana qədər qarışdırılmalıdır. Sonra məhsul parketin ölçüsünə uyğun olaraq müəyyən edilmiş dişli mala ilə səthə daraq şəkilində yayılır. Parket səthə ehtiyatla yapışdırılır və üstündən plastik çəkiclə yüngülcə bərabər şəkildə döyəclənir. Divarla parket arasında 1-1,5 sm-lik məsafə saxlanılmalıdır.
Diqqət: Qarışdırma zamanı vedrənin divarlarında və dibində olan məhsul tam qarışmalıdır. Əks halda yaxşı qarışdırılmamış məhsul sərtləşə bilməz, bu da parketin tam yapışmasına mane olar.
Tövsiyələr: Məhsul hazırlandıqdan sonra ilk 30 dəqiqə müddətində səthə çəkmək və 40-60 dəqiqə müddətində isə parket yapışdırmaq olar. İstifadə zamanı mühitin temperaturu 18-25oC və nəmişliyi 65% - dən yuxarı olmamalıdır. Çünki çox isti və çox soyuq temperatur sərtləşmə müddətinə mənfi təsir edə bilər. Soyuq havalarda istifadə zamanı məhsulu 20-25oC otaq temperaturu halına gətirib sonra istifadə etmək lazımdır. Məhsula qətiyyən solvent qatmaq olmaz. Qatılaşmış məhsulu qətiyyən istifadə etmək olmaz. Qapağı açılmış B komponentini təkrar istifadə etmək olmaz. 24 saatdan sonra səth üzərində sonrakı işləri görmək olar. İstifadə vasitələrini yaş halda sellülozik tinerlə, 1 saat ərzində isə mexaniki yolla asan təmizləmək olar.
Tərkibi: Poliuretan əsaslı
Rəngi: Bej
İstifadə temperaturu +15oC - +25oC
Qablaşdırma:
Komponent A: 8.86 kq Net
Komponent B: 1.14 kq Net
Hesablama nəticəsi: