Həftənin təklifi

product

ROKOL Epoksid Döşəmə Örtüyü Self Levelling

Məhsulun kodu:

0.00 AZN
Kateqoriya:
Epoksid örtük məhsulları, solventsiz
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Epoksid qatranı əsaslı, ikikomponentli, tərkibində solvent olmayan, son qat kimi istifadə olunan, parlaq, öz-özünə yayılan beton- döşəmə örtüyüdür.

İstifadə Sahələri:

Sənayənin bütün sahələrində -xəstəxanalarda,qida fabriklərində,zavodlarda,epoksid döşəmə örtüklərində son qat kimi istifadə olunur.

İstifadə Qaydaları:

Səthin hazırlanması: Səth öncə yağlardan, çirkdən və köhnə boyadan təmizlənməlidir. Təmiz və quru olmalıdır. Əgər səthə yeni beton tökülübsə, ən az 21 gün gözlənilməlidir. Səthdə nahamarlıq varsa, makinayla düzləşdirilməli, hamar vəziyyətə gətirilməlidir. Səthdə rütubət, nəm və toz olmamalıdır. Betonun nəmliyi 4%-dən aşağı, mühitin nəmliyi isə 80%-dən aşağı olmalıdır. Məhsulun istifadəsi zamanı mühitin temperaturu +10 ° C-dən aşağı və +30°C-dən yuxarı olmamalıdır.

Tətbiqi :

Öncə səthə, solventsiz epoksid şəffaf astarı tətbiq edilməlidir. Məhsulun sərfiyyatı səthin quruluşundan, örtüyün qalınlığından asılı olaraq dəyişir. Astar səthə qısa tüklü vərdənə ilə tətbiq edilməlidir. 24 saat sonra rəngli, Ral koduna uyğun ara qat tətbiq edilir. 24 saat sonra ara qatın rənginə uyğun olaraq, son qat döşəmə örtüyü daraqlı mala ilə və ya vərdənə ilə tətbiq edilir və tikanlı vərdənə ilə hava qabarcıqları alınır. Səth tam olaraq 24 saata quruyur və 7 günə sərtləşir. 7 gündən sonra səth istifadəyə hazırdır.

Xüsusiyyətlər:

Tərkibi: Epoksid qatranı əsasalı

Rəngi: Ral koduna uyğun istənilən rənglərdə

Quruma müddəti:

Tam quruma: 24 saat

Sərt quruma: 6-7 gündən sonra

Qablaşdırma:

Komponent A: 14 kq Net

Komponent B: 3.5 kq Net

Astar üçün:         0.2 - 0.4 kq/m²

Araqat üçün:      Ən az 0.3 mm qalınlıqda 0.48 kq/m² , 1 mm qalınlıq üçün 1.6 kq/m²

Son qat üçün:    0.3 - 1. 2 kq/m²

Saxlama müddəti:

Sərin, quru və qapalı yerlərdə +10-30°C-də bir ildir.

Xəbərdarlıqlar:

H315 - dərinin qıcıqlanmasına səbəb ola bilər.

H319 - ciddi göz qıcıqlanmalarına səbəb olur.

P261 – Toz, duman, qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.

P273 - ətrafa tökülməsinin qarşısını alın.

P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.

P303+P361+P353 - dəri (və ya saç) ilə təmasda olduqda geyiminizi çıxarın , dərinizi su ilə yuyun

P333+313 - dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin

P403+P235 – Yaxşı havalandırma olan yerdə saxlayın

P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !