Həftənin təklifi

product

ROKOL Epoksid Döşəmə Örtüyü Portağal Qabığı Effektli

Məhsulun kodu:

313.31 AZN
Kateqoriya:
Epoksid örtük məhsulları, solventsiz
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Epoksid qatranı əsaslı, iki komponentli, tərkibində solvent olmayan, portağal qabığı görünüşlü epoksid döşəmə örtüyüdür.

İstifadə Sahələri:
  • Sənayənin bütün sahələrində beton döşəmələr;
  • Anbarlar, avtomabil parkları, labarotoriyalar;
  • Əczaçılıq, xəstəxana,zavod və fabriklərin beton səthləri.
İstifadə Qaydaları:

Səthin hazırlanması: Səth öncə yağlardan, çirkdən və köhnə boyadan təmizlənməlidir. Təmiz və quru olmalıdır. Betonun nəmliyi 4%-dən aşağı, mühitin nəmliyi isə 70%-dən aşağı olmalıdır. Məhsulun istifadəsi zamanı mühitin temperaturu +10° C-dən aşağı və +30°C-dən yuxarı olmamalıdır.

Qarışığın hazırlanması: Astar və son qatın istifadəsi zamanı B komponent A komponent üzərinə əlavə edilərək, aşağı dövriyyəli mikserlə 2-3 dəqiqə qarışdırılır, hava qabarcıqlarının çıxması üçün 2-3 dəqiqə gözlənilib istifadə olunur.

Tətbiqi :

İlk öncə səthə 1-ci qat olaraq şəffaf astar və 2-ci qat olaraq rəngli araqat tətbiq olunur. Qatlar arasında 24 saat gözlənilir. Hava şəraitin­dən asılı olaraq quruma müddəti dəyişə bilər. Məhsulun sərfiyyatı səthin qurulu­şundan, örtüyün qalınlığından asılı olaraq dəyişir. Astar səthə daraqlı mala və ya qısa tüklü vərdənə ilə tətbiq edilməlidir. Ara qat daraqlı mala və ya xüsusi hallarda vərdənə  ilə tətbiq olunmalıdır. Son qat portağal üzlük olan A komponentinə B komponenti əlavə edilərək aşağı dövriyyəli mikser ilə tam homogen olana qədər qarışdırılır. Hava qabarcıqlarının çıxması üçün 3-4 dəqiqə gözlənilməlidir. Hazırlanmış məhsul tüklü vərdənə və ya daraqlı mala vasitəsi ilə səthə tətbiq edilir və qurumasını gözləmə­dən teksturalı vərdənə ilə üzərindən daranır. Səth tam olaraq 24 saata quruyur və 20 °C-də 7 günə sərtləşir. 7 gündən sonra səth istifadəyə hazırdır.

Xüsusiyyətlər:

Tərkibi: Epoksid qatranı əsaslı

Rəngi: Ral koduna uyğun istənilən rənglərdə 

Quruma müddəti: 

Tam quruma: 24 saat

Sərt quruma: 6-7 gündən sonra

Qablaşdırma:

Komponent A: 17 kq Net

Komponent B: 2.9 kq Net

Astar üçün:        0.2 - 0.4 kq/m²

Ara qat üçün:    Ən az 0.3 mmqalınlıqda 0.48 kq/m², 1 mm qalınlıq üçün 1.6 kq/m²,

Sonqat üçün:     0.7-1.0 kq/m²

Saxlama müddəti:

Sərin, quru və qapalı yerlərdə +10-30°C-də bir ildir. Məhsulun istehlakı səthin strukturundan və örtüyün qalınlığından asılı olaraq dəyişir.

Xəbərdarlıqlar:

H315 - dərinin qıcıqlanmasına səbəb ola bilər.

H319 - ciddi göz qıcıqlanmalarına səbəb olur.

P261 – Toz, duman, qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.

P273 - ətrafa tökülməsinin qarşısını alın.

P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.

P303+P361+P353 - dəri (və ya saç) ilə təmasda olduqda geyiminizi çıxarın , dərinizi su ilə yuyun

P333+313 - dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin

P403+P235 – Yaxşı havalandırma olan yerdə saxlayın

P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !