Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Epoksid qətranı əsaslı, ikikomponentil, tərkibində solvent olmayan, ara qat kimi istifadə olunan beton örtüyüdür.
Sənayənin bütün sahələrində self-levelling (özü-özünə yayılan) və portağal qabığı effektli epoksid döşəmə örtüklərində ara qat kimi istifadə olunur. Orta və ağır yüklərə məruz qalan səthlərdə istifadə olunur.
Səthin hazırlanması: Səth öncə yağlardan, çirkdən və köhnə boyadan təmizlənməlidir. Təmiz və quru olmalıdır. Əgər səthə yeni beton tökülübsə ən az 21 gün gözlənilməlidir. Səthdə nahamarlıq varsa, makina ilə düzəldilməli, hamar vəziyyətə gətirilməlidir. Səthdə rütubət, nəm və toz olmamalıdır. Betonun nəmliyi 4%-dən aşağı, mühitin nəmliyi isə 80%-dən aşağı olmalıdır. Məhsulun istifadəsi zamanı mühitin temperaturu +10 ° C-dən aşağı və +30°C-dən yuxarı olmamalıdır.
Öncə səthə, solventsiz epoksid şəffaf astarı tətbiq edilməlidir. Məhsulun sərfiyyatı səthin quruluşundan, örtüyün qalınlığından asılı olaraq dəyişir. Astar səthə qısa tüklü vərdənə və ya daraqlı mala ilə tətbiq edilməlidir. 24 saat sonra rəngli, Ral koduna uyğun ara qat tətbiq edilir. Ara qat daraqlı mala ilə tətbiq edilir və tikanlı vərdənə ilə hava qabarcıqları alınır. Səth 23°C-də tam olaraq 24 saata quruyur.
Tərkibi: Epoksid qətranı əsaslı
Rəngi: Ral koduna uyğun istənilən rənglərdə
Quruma müddəti:
Tam quruma: 24 saat
Sərt quruma: 6-7 gündən sonra
Qablaşdırma:
Komponent A: 14 kq Net
Komponent B: 3.6 kq Net
Məhsulun sərfiyatı səthin strukturundan və örtüyün qalınlığından asılı olaraq dəyişir.
Astar üçün: 0.2 - 0.4 kq/m²
Ara qat üçün: Ən az 0.3 mm qalınlıqda 0.48 kg/m2, 1 mm qalınlıq üçün 1.6 kg/m2.
Sərin, quru və qapalı yerlərdə +10-30°C-də 1 ildir.
H315 - dərinin qıcıqlanmasına səbəb ola bilər.
H319 - ciddi göz qıcıqlanmalarına səbəb olur.
P261 – Toz, duman, qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.
P273 - ətrafa tökülməsinin qarşısını alın.
P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.
P303+P361+P353 - dəri (və ya saç) ilə təmasda olduqda geyiminizi çıxarın , dərinizi su ilə yuyun
P333+313 - dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin
P403+P235 – Yaxşı havalandırma olan yerdə saxlayın
P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.
Hesablama nəticəsi: