product

ROKOL Epoksid Döşəmə Örtüyü Astar

Məhsulun kodu:

279 AZN 310 AZN
Kateqoriya:
Epoksid örtük məhsulları, solventsiz
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi Rəng seçimi edin
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Epoksid qətran əsaslı, iki komponentli, üzərinə vurulacaq epoksid döşəmə örtüyü üçün sağlam bir təməl yaradan, mükəmməl yapışma gücünə malik olan astardır.

İstifadə Sahələri:

Rokol epoksid döşəmə örtüyü vurulacaq səthlərə boyamadan öncə astar kimi istifadə olunur.

İstifadə Qaydaları:

Səthin hazırlanması: Səth öncə yağlardan, çirkdən və köhnə boyadan təmizlənməlidir. Təmiz və quru olmalıdır. Əgər səthə yeni beton tökülübsə, ən az 21 gün gözlənlməildir. Səthdə nahamarlıq varsa, makina ilə səth təmizlənməli, hamar vəziyyətə gətirilməlidir. Səthdə rütubət, nəm və toz olmamalıdır. Betonun nəmliyi 4%- dən aşağı, mühitin nəmliyi isə 80%-dən aşağı olmalıdır. Məhsulun istifadəsi zamanı mühitin temperaturu +10 ° C-dən aşağı və +30°C-dən yuxarı olmamalıdır.

Qarışığın hazırlanması: İstifadə zamanı B komponent A komponent üzərinə əlavə edilə­rək, aşağı dövriyyəli mikserlə 2-3 dəqiqə qarışdırılır, hava qabarcıqlarının çıxması üçün 3- 5 dəqiqə gözlənilib istifadə olunur. Qarışığın miqdarı istifadə oluna biləcək miqdarda hazırlanmalıdır, çünki çox hazırlanan miqdar işçi qüvvəsi az olarsa sərtləşə bilər.

Tətbiqi:

Məhsulun sərfiyyatı səthin quruluşun­dan asılı olaraq dəyişir. Astar səthə qum ilə qarışdırılaraq qısa tüklü vərdənə və daraqlı mala ilə tətbiq edilməlidir. Astar tətbiqindən sonra üzərinə ehtiyaca görə qum səpilir, tam quruduqdan sonra süpürülür. Normal şərtlərdə 24 saat sonra üzərinə Rokol Epoksid məhsulları vurmaq olar.

Tövsiyələr: Qarışıq məhsulu 20-25 dəqiqədən çox saxlamamaq şərti ilə istifadə etmək olar. Məhsula heç vaxt həlledici əlavə etməyin! Alətlər və s. təmizləmək üçün epoksid tiner istifadə edilə bilər.

Xüsusiyyətlər:

Tərkibi: Epoksid qətranı əsaslı

Quruma müddəti: 

Sərt quruma            24 saatdan sonra

Qablaşdırma: 

Komponent A:   9.5 kq Net

Komponent B:   4.5 kq Net

 

Astar üçün:  0.2 -0.4 kq/m²

Məhsulun sərfiyatı səthin strukturundan və örtüyün qalınlığından asılı olaraq dəyişir.

Saxlama müddəti:

Açılmamış qablarda, sərin və quru yerdə don­maqdan, birbaşa günəş şüasından qorumaqla 1 il saxlanıla bilər.

Xəbərdarlıqlar:

H315 - dərinin qıcıqlanmasına səbəb ola bilər.

H319 - ciddi göz qıcıqlanmalarına səbəb olur.

P261 – Toz, duman, qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.

P273 - ətrafa tökülməsinin qarşısını alın.

P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.

P303+P361+P353 - dəri (və ya saç) ilə təmasda olduqda geyiminizi çıxarın , dərinizi su ilə yuyun

P333+313 - dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin

P403+P235 – Yaxşı havalandırma olan yerdə saxlayın

P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir;
  • - Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımı;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin!