product

ROKOL PARMAKET PVA Parket və taxta yapışdırıcısı

Məhsulun kodu:

4.66 AZN 4.9 AZN
Kateqoriya:
PVA və yapışdırıcı qrupu
1
Səbətə əlavə et Səbətə əlavə edildi Rəng seçimi edin
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Polivinil asetat əsaslı, geniş təyinatlı, xüsusi kimyəvi qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik ağ rəngli yapışqandır. AZS 082-2003 standartına uyğundur.

İstifadə Sahələri:

Ağac, mebel, parket, kağız, karton və s. məmulatların yapışdırılmasında. 

İstifadə Qaydaları:

Səthin hazırlanması: İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmaya mane olan qalıqlardan təmizlənməlidir.

Tətbiqi:

İstifadədən əvvəl qarışdırın. Yapışdırıla­caq səthə nazik qat şəkilində çəkin. 1-2 dəqiqədən sonra yapışdırılacaq məhsulu səthə yapışdırın və preslə sıxıb bir gün saxlayın. Yüksək yapışqanlılıq əldə etmək üçün +5˚C-dən yuxarı tempera­turda istifadə olunması məsləhət görülür. Tam yapışmaya 24 saatdan sonra nail olunur.

 

Ağac materialların xüsusiyyətlərindən asılı olaraq sərfiyyat  0.5 - 1.2 kq/m²-dir.

Tərkibi: Polivinil asitat tərkibli

Rəngi: Ağ

Tutma müddəti: 

İlk: 1-2 dəqiqədən çox

İstifadə temperaturu +5oC - +30oC

Qablaşdırma: 25 kq, 8 kq, 2.8 kq, 0.85 kq (brutto)

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir;
  • - Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımı;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin!