Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Tez quruyan, havanın oksigen ilə sərtləşən parlaq metal boyasıdır.
Hər cür metal səthlərə,makinalara,dəmir konstruksiyalara korroziya məqsədi üçün istifadə olunur.
Səthin hazırlanması: Səth boya vurulmamışdan qabaq yağdan, çirkdən, tozdan ən başlıcası köhnə boyadan təmizlənməlidir.
Qarışığın hazırlanması: İstifadədən qabaq boya lazımi miqdarda Rokol Rapid Tinerlə və ya digər oxşar məhsulla incəldilməlidir.
Boyanı səthə püskürtmə aparatı ilə vurmaq lazımdır. İşlər bitdikdən sonra ləvazimatları Rapid tinerlə təmizləmək lazımdır.
Tövsiyələr: İşlər bitdikdən sonra boyanın qapağını kip bağlamaq lazımdır.
Tərkibi: Rapid alkid
Rəngi: Müxtəlif rənglərdə
Quruma müddəti:
İlk: 1-2 saat
Tam quruma: 24 saat
Qablaşdırma: 15 kq (brutto) dəmir qablarda
Bu məhsuldan 12-14 m² sahəyə 1 kq istifadə oluna bilər.
Açılmamış qablarda, sərin və quru yerdə donmaqdan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;