Həftənin təklifi

product

Rokol Binder, istifadəyə hazır

Məhsulun kodu:

40.15 AZN
Kateqoriya:
Astarlar və məcunlar
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Akrilik əsaslı, boya vurulmamışdan öncə səthə tətbiq edilən, hazır şəkildə istifadə olunan astar məhsuludur. 

İstifadə Sahələri:

Hər cür daxili və xarici divarlarda suvanmış beton, gips və s. səthlərdə istifadə olunur. 

İstifadə Qaydaları:

Səthin hazırlanması: Səth yapışmağa mane olan bütün növ qalıqlardan təmizlənməlidir. Əgər boyanacaq səthdə çatlar və qabarmış hissələr varsa, ROKOL fasad məcunu ilə doldurulmalıdır. 

Qarışığın hazırlanması: Məhsul istifadəyə hazırdır, istifadədən qabaq məhsulu çalxalamaq lazımdır. 

Tətbiqi :

Məhsul vərdənə vasitəsilə səthə çəkilir. Gips kimi su hopma qabiliyyəti yuxarı olan səthlərə ikiqat çəkilir. 

Xüsusiyyətlər:

Rəngi:                            ağ rəngli maye

İstifadə temperaturu:     +5C - + 30C

Tam quruma müddəti:    45-60 dəq

Qablaşdırma:                 1, 4, 10 litrlik konistr

Bu məhsuldan tək qatda 6-7 m2 sahəyə 1 kq istifadə oluna bilər.

Saxlama müddəti:

Açılmamış qablarda, quru şəraitdə, birbaşa günəş tutmayan yerdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar:

Xİ - Qıcıqlandırıcı təsirə malikdir.

H 317 - Allergik təsirə səbəb ola bilər.

P101 – Tibbi müdaxiləyə ehtiyac olarsa məhsulun qabını və ya etiketini saxlayın.

P102 – Uşaqların əli çatmayan yerlərdə saxlayın

P103 – İstifadədən əvvəl etiketi oxuyun.

P261 – Toz, duman , qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.

P280 – Məcun buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.

P321 -  Xüsusi müalicə (etiketə baxın).

P333+P313 – Dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin.

P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !