product

Rokol İzofaslastik qoruyucu fasad boya

Məhsulun kodu:

***
Kateqoriya:
Fasad boyaları
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi Rəng seçimi edin
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Akril polimeri əsaslı, dəmir-beton və suvaqlı səthlər üçün yaradılmış, birkomponentli, yüksək qoruyucu xüsusiyyətlərə malik elastomerli xarici səth boyasıdır. Dəmir-beton konstruksiyaları və birləşmələri donvurmadan, karbonatlaşmadan və müxtəlif duzların təsirlərindən qoruyan xüsusi fasad boyasıdır. 

İstifadə Sahələri:
  • Xarici məkanlarda və yerin səthindəki şaquli qurğularda;
  • Bina villa, fabrik (zavod) və otellərin fasadlarında və istilik sistemlərində;
  • Beton, dəmir-beton, suvaq daş səthlərdə son səth dekorativ qoruyucu örtük olaraq istifadə olunur. 
İstifadə Qaydaları:

Səthin hazırlanması: Səth yapışmanı zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və səthdə əlavə hissəciklər olmamalıdır. Yeni suvanmış səthlərə ən az 28 gündən sonra tətbiq edilə bilər.

Tətbiqi:

ROKOL Binder astar və ya standartlara uyğun istehsal olunmuş digər bu tipli məhsul çəkilmiş səthlərə 4-6 saatdan sonra İzoFaslastik müvafiq vərdənə və püskürtmə qurğusu vasitəsi ilə 2 mərhələdə çəkilir. 1-ci mərhələ (2 qat vurulur) bitəndən 5-6 saat sonra 2-ci mərhələ (2 qat vurulur) başlanır və beləliklə, prosses sona çatmış olur.

Xüsusiyyətlər:

Tərkibi: Akrilik polimer əsaslı

Quruma müddəti: 

İlk:         6-8 saatdan sonra

Son:      24 saatdan sonra

Qablaşdırma: 25 kq, 10 kq (brutto)

Tək qatda 2-3 m/ kq məhsul sərf olunur. 

Saxlama müddəti:

Açılmamış qablarda quru şəraitdə 24 ay saxlanıla bilər. 

Xəbərdarlıqlar:

Xİ - Qıcıqlandırıcı təsirə malikdir.

H 317- Allergik təsirə səbəb ola bilər.

P101 – Tibbi müdaxiləyə ehtiyac olarsa məhsulun qabını və ya etiketini saxlayın.

P102 – Uşaqların əli çatmayan yerlərdə saxlayın

P103 – İstifadədən əvvəl etiketi oxuyun.

P261 – Toz, duman , qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.

P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.

P321 -  Xüsusi müalicə (etiketə baxın).

P333+P313 – Dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin.

P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir;
  • - Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımı;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin!