Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Nitrosellüloz və alkid əsaslı, tez quruyan, birkomponentli, parlaq, son qat metal və mebel boyasıdır.
Səth hazırlanması: Boyamadan əvvəl səth tamamilə çirkdən, tozdan, yağlardan və ən başlıcası köhnə boyalardan təmizlənməlidir.
Boyanı astarlanmış səthdə istifadə etmək lazımdır. İstifadədən qabaq 15-20% Rokol sellülozik tinerlə və ya digər oxşar məhsulla incəldilməli (durulaşdırılmalı) səthə püskürtmə aparatı ilə ikiqat çəkilir. Qatlar arasınada 1-1.5 saat gözlənilməlidir.
Tərkibi: alkid və nitrosellüloz əsaslı
Rəngi: müxtəlif rənglərdə
Quruma müddəti:
Toxunma quruması: 10-15 dəq
Sərt quruma: 3-4 saatdan sonra
Tədbiq olunacaq səthin növündən asılı olaraq tək qatda 1 kq boya ilə 8-10 m² sahə boyana bilər.
Qablaşdırma: 0.8 kq, 2.5 kq,12 kq dəmir qablarda. (brutto)
Açılmamış qablaşdırma , sərin və quru yerdə birbaşa günəş işığından qorumaq şərti ilə 3 il saxlanıla bilər. İstifadən sonra qablaşdırmanın qapağı kip hava sızdırmayacaq şəkildə bağlanmalıdır.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;