Nitrosellüloz əsaslı, tez quruyan, parlaq, son qat lakıdır.
Səthin hazırlanması: Boyanın tətbiq ediləcəyi səthlər hər növ çirklərdən (yağ, pas, su, köhnə boyalar və s.) təmizlənməlidir və yetərli quruluqda olmalıdır. Boyanmamış səthə Rokol Sellülozik Dolğu Vernik çəkilməlidir.
İstifadədən öncə qarışdırılmalıdır. Fırça, vərdənə və püskürtmə aparatı ilə istifadə oluna bilər. 10-15% Rokol Sellülozik Tinerlə və ya oxşar məhsulla incəldilməli və hamar səthə nazik 2 qat şəklində və ya zəruridirsə 3 qat çəkilməlidir. Qatlar arasında ən az 30-40 dəqiqə gözləmək lazımdır.
Tərkibi: Nitrosellüloz əsaslı
Rəngi: Şəffaf
Quruma müddəti:
Tam quruma müddəti: 1 gün
Toxunma quruması: 20-25 dəq
Sərt quruma: 4 saatdan sonra
Qablaşdırma: 0.75 kq, 2.5 kq, 13 kq-lıq dəmir qablarda. (brutto)
Tədbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 8 - 10 m2 səthə 1 kg lak istifadə oluna bilər.
Açılmamış qablaşdırma , sərin və quru yerdə birbaşa günəş işığından qorumaq şərti ilə 3 il saxlanıla bilər. İstifadən sonra qablaşdırmanın qapağı kip hava sızdırmayacaq şəkildə bağlanmalıdır.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;
Hesablama nəticəsi: