Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik alifatik poliuretan reçine əsaslı, iki komponentli, reaksiya nəticəsində polimerləşən son qat və astar lakıdır. Kimyəvi, mexaniki ve ultrabənövşəyi təsirə qarşı dözümlüdür.
Səthin hazırlanması. Boya tətbiq olunacaq səthlər quru təmiz və hamar olmalıdır. Səthdə köhnə boya varsa, cilalanmalıdır. Metal avadanlıqlar korroziyaya məruz qalıbsa, qumlama üsulu ilə təmizlənməlidir. Ətraf mühit və avadanlığın temperaturu 10°C-dən aşağı olmamalıdır. Səthə ya Rokol poliuretan astar, Rokol eboksid astarı və ya digər oxşar məhsul tətbiq olunmalıdır. Astar vurduqdan 4-6 saat sonra son qat lak tətbiq oluna bilər.
Qarışığın hazırlanması: İstifadədən qabaq A komponenti ilə B komponenti 1. 5/1 nisbətində qarışdırılmalıdır. Məhsul 5-10% Rokol poliuretan tinerlə incəldilməlidir.
Boya fırça, vərdənə və ya havalı püskürtmə vasitəsi ilə səthə ikiqat olaraq tətbiq edilir.
Tövsiyyələr
Qarışdırılmış məhsul 3-4 saat içərisində istifadə olumalıdır, əks halda polimerləşir və istifadəyə yararsız olur. Boya nəmdən və sudan qorunmalıdır.
Tərkibi: Akrilik alifatik Poliüretan reçine əsaslı
Rəngi: Şəffaf
Tam quruma müddəti:
Toxunma quruma: 1-2 saat
Tam quruma: 12-24 saat
Sərt quruma: 6-7 gündən sonra
Qablaşdırma:
Komponent A: 15 kq Net
Komponent B: 10 kq Net
Açılmamış qablarda, sərin və quru yerdə donmaqdan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;