Həftənin təklifi

product

ROKOL Akrilik Poliuretan Son Qat

Məhsulun kodu:

0.00 AZN
Kateqoriya:
Poliuretan məhsul qrupu
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Akrilik alifatik poluretan reçinə əsaslı, ikikomponentli, parlaq (istəyə uyğun yarımat da ola bilər) son qat metal və beton örtük boyasıdır. Kimyəvi, mexaniki ve ultrabənövşəyi təsirə qarşı dözümlüdür

İstifadə Sahələri:

Sənayenin bütün sahələrində-əczaçılıq,xəstəxana,zavod və fabriklərdə metal və beton səthlərə son qat boya kimi vurulur. 

 

İstifadə Qaydaları:

-Səthin hazırlanması.  Boyanacaq  səthlər boyanmamışdan öncə yağlardan, çirkdən və köhnə boyadan təmizlənməlidir.

Tətbiqi :

İstifadədən qabaq lazımi miqdarda A komponenti B komponenti ilə 2:1 nisbətində yaxşıca qarışdırılmalı, 10-15% ROKOL poliüretan tiner və ya oxşar məhsul ilə incəldilməlidir. Boya səthə yalnız püskürtmə aparatı ilə çəkilməlidir.

Xüsusiyyətlər:

Qarışdırılmış boya ən gec 4 saata işlədilməlidir, əks halda polimerləşir və istifadəyə yararsız hala düşür.

Bu məhsuldan 10-12 m2 sahəyə 1 kq istifadə oluna bilər.

 

Tərkibi:                           Akrilik Poliüretan Esaslı

Rəng:                              Müxtəlf rənglərdə

Quruma müddət:

İlk:                                   2-4 saat

Tam quruma:                 24 saat

Saxlama müddəti:

Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.

Xəbərdarlıqlar:

H226-Yanıcı maye və buxar;

P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret  çəkməyin;

P280-Boya buxarının nəfəsə daxil olmaması və  həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;

P 102-Uşaqların əli çatmayan  yerlərdə saxlayın;

       P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !