Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Uretan alkid əsaslı, birkomponentli, rəngsiz parlaq yaxta lakıdır.
Səthin hazırlanması: Boyanın tətbiq ediləcəyi səthlər yağ, pas, su və köhnə boyalardan təmizlənməlidir.
Fırça, vərdənə və püskürtmə ilə istifadə oluna bilər. 10 - 15 % Rokol sintetik tiner və ya oxşar məhsulla incəldilməli və hamar səthə nazik 2 qat şəklində və ya zəruridirsə 3 qat çəkilməlidir. Qatlar arasında ən az 12 saat gözləmək lazımdır.
Tərkibi: Uretan alkid əsaslı
Rəngi: Şəffaf
Tam quruma müddəti:
Toxunma quruma 2-3 saatdan sonra
Sərt quruma 48 saatdan sonra
Qablaşdırma: 13 kq, 2.5 kq, 0.75 kq (brutto) dəmir qablarda
8-10 m² səthə 1 kq lak çəkilməlidir.
Açılmamış qablaşdırma, günəş işığı tutmayan, sərin və quru yerdə 3 il saxlanıla bilər. İstifadədən sonra qablaşdırmanın qapağı kip hava sızdırmayacaq şəkildə bağlanmalıdır.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə (və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;