Həftənin təklifi

product

ROKOL Yaxta Lakı

Məhsulun kodu:

77.31 AZN
Kateqoriya:
Taxta boyaları - lak qrupu
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Uretan alkid əsaslı, birkomponentli, rəngsiz parlaq yaxta lakıdır.

İstifadə Sahələri:
  • Hər cür gəmilərin ağac səthlərinin laklanmasında;
  • Binaların xarici və daxili taxta hissələrində istifadə edilir. 
İstifadə Qaydaları:

Səthin hazırlanması: Boyanın tətbiq ediləcəyi səthlər yağ, pas, su və köhnə boyalardan təmizlənməlidir.

Tətbiqi :

Fırça, vərdənə və püskürtmə ilə istifadə oluna bilər. 10 - 15 % Rokol sintetik tiner və ya oxşar məhsulla incəldilməli və hamar səthə nazik 2 qat şəklində və ya zəruridirsə 3 qat çəkilməlidir. Qatlar arasında ən az 12 saat gözləmək lazımdır.

Xüsusiyyətlər:

Tərkibi:                                         Uretan alkid əsaslı

Rəngi:                                           Şəffaf

Tam quruma müddəti:

Toxunma quruma                       2-3 saatdan sonra

Sərt quruma                               48 saatdan sonra

Qablaşdırma:                                   13 kq, 2.5 kq, 0.75 kq (brutto) dəmir qablarda

8-10 m² səthə 1 kq lak çəkilməlidir.

Saxlama müddəti:

Açılmamış qablaşdırma, günəş işığı tutmayan, sərin və quru yerdə 3 il saxlanıla bilər. İstifadədən sonra qablaşdırmanın qapağı kip hava sızdırmayacaq şəkildə bağlanmalıdır.

Xəbərdarlıqlar:

H226-Yanıcı maye və buxar;

P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret  çəkməyin;

P280-Boya buxarının nəfəsə daxil olmaması və  həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;

P 102-Uşaqların əli çatmayan  yerlərdə saxlayın;

       P303+P361+P353-Dəriyə (və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !