Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Modifikasiyalı alkid qətranı əsaslı, müxtəlif rəngli piqment çeşidlərindən ibarət olan, parlaq, dekorativ görünüşlü taxta qoruyucusudur.
Bu məhsuldan açıq havaya, UV şüalara məruz qalmış hər cür ağacdan hazırlanmış əşyalarda, bağ mebellərində, taxta evlərdə, balkonlarda, evin daxili və çıxış qapılarında, taxta sütunlarda qoruyucu və parlaq dekorativ boya olaraq istifadə olunur.
Səthin hazırlanması: Boyanacaq taxta yağdan, çirkdən, tozdan, köhnə qalıqlardan tamamilə təmizlənməlidir. Lazım gəldikdə cilalanmalıdır.
Məhsul lazım gəldikdə hər litri 80-90 ml ROKOL Sintetik Tinerlə qarışdırılıb, fırça, vərdənə və ya püskürtmə aparatı ilə ikiqat vurulmalıdır. Qatlar arasında 8-9 saat gözlənilməlidir. İşlər bitdikdən sonra məhsulun qapağını bağlamaq lazımdır.
8-10 m² səthə 1 litr lak istifadə oluna bilər.
Tərkibi: Alkid qətranı əsaslı
Rəngi: Müxtəlif rənglərdə
Tam quruma müddəti:
Toxunma quruma 2-2.5 saatdan sonra
Sərt quruma 12-24 saatdan sonra
Qablaşdırma: 2.5 kq, 0.75 kq (brutto) dəmir qablarda.