Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Uretan alkid əsaslı, birkomponentli, yarımat parket lakıdır.
Bu lakdan parket döşəmələrdə, daxili taxta səthlərdə istifadə olunur.
Parket lakının tətbiq ediləcəyi səthlər hər növ çirklərdən (yağ, pas, su, köhnə boyalar və s.) təmizlənməlidir və yetərli quruluqda olmalıdır. Parket lakı tətbiq edilməmişdən əvvəl səthə Rokol Sellülozik Dolğu Vernik və digər oxşar məhsul ilə çəkilməlidir. İstifadədən öncə qarışdırın. Fırça, vərdənə və püskürtmə ilə istifadə oluna bilər. 10-15% Rokol sintetik tinerlə incəldilməli və hamar səthə nazik 2 qat şəklində və ya zəruridirsə 3 qat çəkilməlidir. Qatlar arasında ən az 12 saat gözləmək lazımdır.
Tərkibi: Uretan alkid əsaslı
Rəngi: Şəffaf
Tam quruma müddəti: (20oC)
Toxunma quruma 2-3 saatdan sonra
Sərt quruma 3 gündən sonra
Qablaşdırma: 13 kq, 2.3 kq və 0.75 kq (brutto) dəmir qablarda
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 16 m2 səthə 1 kq lak istifadə oluna bilər (30 mikron quru film qalınlığında).
Açılmamış qablaşdırma, sərin və quru yerdə birbaşa günəş işığından qorunmaq şərtilə 3 il saxlanıla bilər. İstifadədən sonra qablaşdır- manın qapağı kip hava sızdırmıyacaq şəkildə bağlanmalıdır.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə (və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;