Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Nitrosellüloz əsaslı, parket lakı vurmadan öncə, taxta və parketlərdə hamar səth hazırlamaq üçün istifadə olunan dolğu məhsuludur.
Səthin hazırlanması: Boyanın tətbiq ediləcəyi səthlər hər növ çirklərdən (yağ, pas, su, toz, köhnə boyalar və s.) təmizlənməlidir.
Rokol Sellülozik Dolğu Lakını Rokol Sellülozik Tinerlə və ya oxşarı məhsulla 10-15% nisbətində qarışdırın. Qarışdırılmış dolğunun səthə qatlar arasında 20-30 dəqiqə gözləməklə 2-3 qat çəkilməsi tövsiyə edilir. Fırça, vərdənə və püskürtmə üsulu ilə istifadə oluna bilər. Quruduqdan 2 saat sonra sumbata ilə cilalanmalıdır.
Tərkibi: Nitrosellüloz əsaslı
Rəngi: Şəffaf
Tam quruma müddəti:
Toxunma quruma 15-20 dəqiqə
Sərt quruma 4 saatdan sonra
Qablaşdırma 12 kq, 2.5 kq, 0.75 kq (brutto) dəmir qablarda
Tətbiq ediləcək səthin növündən asılı olaraq tək qatda 8-10 m² səthə 1 kq dolğu istifadə oluna bilər.
Açılmamış qablaşdırma, sərin və quru yerdə birbaşa günəş işğından qorumaq şərtilə 3 il saxlanıla bilər. İstfadədən sonra qablaşdırmanın qapağı kip, hava sızdırmıyacaq şəkildə bağlanmalıdır.
H226-Yanıcı maye və buxar.
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun – Siqaret çəkməyin.
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın.
P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın, dərini su ilə yuyun.