Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Uretan alkid əsaslı, birkomponentli parket lakıdır.
Boyanın tətbiq ediləcəyi səthlər hər növ çirklərdən (yağ, pas, su, köhnə boyalar və s.) təmizlənməlidir və yetərli quruluqda olmalıdır. Boyanmamış səthə Rokol Sellülozik Dolğu Vernik çəkilməlidir.
İstifadədən öncə qarışdırın. Fırça, vərdənə və püskürtmə aparatı ilə istifadə oluna bilər. Parket lakı 10-15% Rokol Sintetik Tinerlə və ya oxşar məhsulla incəldilməli və hamar səthə nazik 2 qat şəklində və ya zəruridirsə 3 qat çəkilməlidir. Qatlar arasında ən az 12 saat gözləmək lazımdır.
Tərkibi: Uretan alkid əsaslı
Rəngi: Şəffaf
Tam quruma müddəti:
Toxunma quruma 2-3 saatdan sonra
Sərt quruma 3 gündən sonra
Qablaşdırma 13 kq, 2.5 kq, 0.75 kq (brutto) dəmir qablarda
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 16m² səthə 1 kq lak istifadə oluna bilər (30 mikron quru film qalınlığında).
Açılmamış qablaşdırma, sərin və quru yerdə birbaşa günəş işığından qorunmaq şərtilə 3 il saxlanıla bilər. İstfadədən sonra qablaşdırmanın qapağı kip hava sızdırmıyacaq şəkildə bağlanmalıdır.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə (və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun;