Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Alkid qətranı əsaslı, mat görünüşlü sintetik son qat boyadır.
Səthin hazırlanması: Səth təmiz və hamar olmalı, boyanacaq səthlər yağ, kir, pas və hər növ qalıqlardan təmizlənməldir. Metal səthlər Rokol Antipas ilə 2 qat şəklində astarlanmalıdır.
İstifadədən öncə qarışdırılmalıdır. Fırça və ya vərdənə ilə istifadə olunduqda ROKOL Mat boya 5-10%, püskürtmə aparatı ilə istifadə olunduqda isə 15-20% qədər ROKOL Sintetik Tinerlə və ya digər oxşar məhsulla incəldilməli (durulaşdırılmalı) və səthə 2 qat çəkilməldir. Qatlar arasında 24 saat gözlənməlidir. Tətbiq ediləcək səthlərin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.
Tərkibi: Alkid qətranı əsaslı
Rəngi: Ağ
Tam quruma müddəti:
Toxunma quruma 2-3 saatdan sonra
Sərt quruma 24 saatdan sonra
Qablaşdırma 25 kq, 4 kq, 1 kq (brutto) dəmir qablarda
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 1kq boya ilə 6-8 m² sahəni boyamaq olar.
Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə (və ya saça) düşdükdə geyimi çıxardın, dərini su ilə yuyun;