Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Alkid və xlor - kauçuk əsaslı yol cizgi və işarələmə boyasıdır.
Səthnin hazırlanması: ROKOL Yol Cizgi Boyasının çəkiləcəyi səthlər quru və təmiz olmalı, səth yapışmağa mane olan yağ, pas və digər qalıqlardan təmizlənməldir.
Boyanın çəkilməsində püskürdücü aparatdan və ya fırçadan istifadə edin. Ehtyac olduğu halda 10-15% nisbətində ROKOL Sellülozik Tiner və ya digər oxşar məhsulla incəldin (durulaşdırın). Mühitin və asfaltın temperaturu minimum 15°C, nisib rütubət maksimum 85% olmaq şərtilə təmiz və quru asfalt səthə tətbiq edilməlidir.
Tərkibi: Alkid və xlor kauçuk əsaslı
Rəng: Ağ və sarı
Quruma müddət:
Toxunma quruma: 15-20 dəqiqə
Sərt quruma: 4 saatdan sonra
Qablaşdırma: 25 kq (brutto)
Tətbiq ediləcək səthin növündən asılı olaraq tək qatda 1 kq boya ilə 9-10 m² səthi boyamaq olar.
Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.
H226-Yanıcı maye və buxar;
P210-Oddan/qığılcımdan/alovdan/isti səthlərdən uzaq tutun. – Siqaret çəkməyin;
P280-Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin;
P 102-Uşaqların əli çatmayan yerlərdə saxlayın;
P303+P361+P353-Dəriyə(və ya saça) düşdükdə geyimi çıxardın,dərini su ilə yuyun.