Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer və silikon əsaslı, yarışəffaf, suya və nəmə dayanıqlı uzun ömürlü bir astardır.
Hər cür daxili və xarici divarlarda suvanmış beton, gips və s. səthlərdə istifadə olunur.
Səthin hazırlanması. Səth yağ, pas, toz və s. kimi yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir, səth quru olmalıdır. Əgər boyanacaq səthdə çat və ya boşluqlar varsa, Rokol fasad məcunu ilə doldurulmalıdır.
Məhsul su ilə qarışdırılaraq, vərdənə və ya püskürtmə aparatı ilə səthə iki qat çəkilir. Birinci qat tam quruduqdan sonra 2-ci qat çəkilir. Qatlar arasında, normal temperaturda 1-1.5 saat gözlənilməlidir. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməldir.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 6-8 m²/ kq yeri astarlamaq olar.
Tərkibi: Akirlik sopolimer əsaslı
Tam quruma müddəti: 24 saatdan sonra
Qablaşdırma: 16 kq (brutto)
Hesablama nəticəsi: