Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer əsaslı, yüksək örtmə qabiliyyətinə malik, nəmə və suya qarşı dayanıqlı, dekorativ görünüşlü fasad üçün nəzərdə tutulan son qat boyadır.
Binaların, evlərin fasadlarında, suvanmış bütün xarici səthlərdə dekorotiv görünüş yaratmaq məqsədilə istifadə olunur.
Səthin hazırlanması: boya çəkiləcək səthlərdə yapışmağa mane olan hər növ toz, yağ, parafin və s. qalıqlardan təmizlənməlidir. Səthdə olan məsamələr məcun və ya astar ilə bağlanmalıdır. Təzə suvanmış səthlərdə ən azı 28 gün gözlədikdən sonra tətbiq olunmalıdır.
Məhsul istifadəyə hazırdır. Tək qat çəkilməlidir. Boya səthə dekorativ boyalar üçün nəzərdə tutulmuş xüsusi deşikli vərdənə ilə yuxarıdan aşağıya vurulur. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir. İsti havalarda 10:00-16:00 arasında və küləkli havalarda boyanın tətbiq edilməsi tövsiyə edilmir. Kölgə olan fasadlarda istifadəsi tövsiyə edilir.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq 1 m² səthə 1-1.5 kq boya istifadə oluna bilər.
Tərkibi : Akrilik sopolimer emulsiya əsaslı
Tam quruma müddəti: 24 saatdan sonra
Qablaşdırma 25 kq (brutto)
Hesablama nəticəsi: