Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik əsaslı, səthdə dekorativ parlaq görüntü yaradan, mükəmməl yapışma xüsusiyyətinə malik son qat qoruyucu fasad boyasıdır.
Bu məhsuldan bütün binaların və evlərin fasadında son qat dekorotiv boya kimi istifadə oluna bilər.
Səthin Hazırlanması. Səth yapışmağa mane olan bütün növ qalıqlardan təmizlənməlidir. Səth quru və təmiz olmalıdır. Yeni suvanmış səthlərdə ən az 20-22 gündən sonra tətbiq edilə bilər.
İstifadədən öncə Rokol Akrilik Astarla astarlanmalıdır.
İstifadədən əvvəl boyanın 10-15%-i qədər su əlavə edərək qarışdırılmalı, fırça və ya vərdənə ilə səthə ən azı 2 qat çəkilməlidir. Qatlar arasında 5-6 saat gözləmək lazımdır. İstifadə zamanı mühitin temperaturu +5°C ilə +30°C , nəmişlik 65%-dən yuxarı olmamalıdır.
Tək qatda 8-10 m2 / kq məhsul sərf olunur.
Tərkibi: Akrilik sopolimer emulsiya əsaslı
QURUMA MÜDDƏTİ:
-ilk 6-8 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq Parlaq
Qablaşdırma: 20 kq, 10 kq, 3 kq (brutto)