Məhsulun kodu:
Xəbərdarlıq: Elektron cihazlarda (monitor, planşet, telefon və s.) göstərilən rənglər cihazın ekran ayarlarına və ətraf işıqlandırmaya görə fərqlənə bilər. Əsl rəng təsirini qiymətləndirmək üçün ən yaxın satış məntəqəmizdəki rəng nümunələrinə baxmağınız məsləhətdir. Eyni zamanda, seçdiyiniz rəngin necə göründüyü təbii gün işığı və istifadə olunan işıqlandırma növünə görə dəyişə bilər.
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer əsaslı, yüksək keyfiyyətli xarici divar son qat boyadır.
Fasadların köhnə və yeni səthlərində uyğun astarlamadan sonra istifadə olunur.
Səthin hazırlanması: Boyanı tətbiq etməmişdən əvvəl səth yapışmağa mane olan yağ, toz, qum və digər qalıqlardan tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərə 28 gündən sonra tətbiq edilməlidir. ROKOL Akrilik Fasad boyası səth ROKOL Binder və ya ROKOL Akrilik Astarla və ya digər oxşar məhsulla astarlandıqdan sonra tətbiq olunmalıdır.
İstifadədən əvvəl məhsula 15-20% su əlavə edib qarışdırıcı ilə tam qarışdırmaq lazımdır. Boya fırça və ya vərdənə ilə səthə 2 qat çəkilməlidir. Tətbiq ediləcək səth və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir. İsti havalarda saat 10:00 - 16:00 arasında boyanın tətbiq edilməsi tövsiyə edilmir. Kölgə olan fasadlarda istifadə oluna bilər.
Hündür mərtəbəli binaların xarici divar boyanması zamanı rəng tonunda fərq yaranmaması üçün məhsulların eyni faiz su ilə qarışdırılmasına diqqət edilməlidir.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 6-8 m² / kq boya istifadə oluna bilər.
Tərkibi: Akrilik sopolimer emulsiya əsaslı
Quruma müddəti:
-ilk 4-6 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq Mat
Qablaşdırma 25 kq, 10 kq, 3.5 kq (brutto)
Hesablama nəticəsi: