Məhsulun kodu:
Xəbərdarlıq: Elektron cihazlarda (monitor, planşet, telefon və s.) göstərilən rənglər cihazın ekran ayarlarına və ətraf işıqlandırmaya görə fərqlənə bilər. Əsl rəng təsirini qiymətləndirmək üçün ən yaxın satış məntəqəmizdəki rəng nümunələrinə baxmağınız məsləhətdir. Eyni zamanda, seçdiyiniz rəngin necə göründüyü təbii gün işığı və istifadə olunan işıqlandırma növünə görə dəyişə bilər.
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer və silikon emulsiya əsaslı, yüksək keyfiyyətli, uzunömürlü fasad üçün son qat boyadır.
Beton, suvaq, alçı və digər səthlərdə istifadə oluna bilər.
Səthin hazırlanması: ROKOL Silikon boya tətbiqindən əvvəl qabarmış, boş və möhkəm olmayan səthlər yapışmağa mane olan yağ, pas və digər qalıqlardan təmizlənməlidir. Lazım gəldikdə səthdəki çuxur və çatlar ROKOL Fasad məcunu ilə və ya digər oxşar məhsulla doldurulub düzləşdirilməlidir. İstifadədən əvvəl səth ROKOL Binder, ROKOL Silikonlu Astar, ROKOL Akrilik Astar və ya oxşar məhsul ilə astarlanmalıdır.
İstifadədən əvvəl məhsula 15-20% su əlavə edib qarışdırıcı ilə tam qarışdırmaq lazımdır. Boya fırça və ya vərdənə ilə səthə 2 qat çəkilməlidir. Yeni suvanmış səthlərdə ROKOL Silikon boyanın istifadəsi üçün 28 gün gözlənilməlidir. Tədbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir. 10:00-16:00 saatları arasında və küləkli havalarda boyanın tətbiq edilməsi tövsiyə edilmir. Kölgə olan fasadlarda isifadəsi tövsiyə edilir.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 6-8 m² / kq boya istifadə oluna bilər.
Tərkibi: Akrilik sopolimer emulsiya silikon emulsiya əsaslı
Quruma müddəti:
-ilk 4-6 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq Mat
Qablaşdırma: 25 kq,10 kq, 3.5 kq (brutto)
Hesablama nəticəsi: