Həftənin təklifi

product

ROKOL Saten Boya

Məhsulun kodu:

0.00 AZN
Kateqoriya:
Daxili məkan boyaları
Rəng seçin
Çəki seçin
1
Səbətə əlavə et Səbətə əlavə edildi
Seçilmişlərdə saxla

200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.

Məhsul haqqında
Texniki göstəricilər
Zəmanət və texniki dəstək
Məhsul haqqında:

Akrilik sopolimer əsaslı, çatlamayan, ətraf mühitə zərərsiz və qoxusuz, yarımat saten parlaqlıqda daxili səth boyasıdır. Silinəbilən xüsusiyyətə malikdir. 

İstifadə Sahələri:
  • Binaların daxili divarlarında;
  • Beton, gips, suvaq və uyğun astarla astarlanmış daxili səthlərdə;
İstifadə Qaydaları:

Səthin hazırlanması. Boyanacaq səthlər yağ, pas, toz və s. kimi yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir, səth quru olmalıdır. Səth Rokol BİNDER və ya digər oxşar məhsulla astarlanmalıdır.

Tətbiqi :

İstifadə etməzdən əvvəl boya 10-15% su ilə qarışdırılaraq fırça və ya vərdənə ilə səthə ən az 2 qat çəkilməlidir. Qatlar arası 6-8 saat gözlənməlidir. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.

Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olarak tək qatda 9-11 m2 / kq boya istifadə oluna bilər.

 

Tərkibi:                            Akrilik sopolimer emulsiya əsaslı

 

QURUMA MÜDDƏTİ:

-ilk                           4-6 saatdan sonra

-son                         24 saatdan sonra

Parlaqlıq                 Saten

Qablaşdırma:       20 kq, 10 kq, 3 kq (brutto)

  • - Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi ve təcrübi biliklərə əsaslanir ;
  • - "Matanat A" şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir .
  • - Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə "Matanat A" şirkəti məsuliyyət daşımır ;
  • - Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır ;
  • - Texniki dəstək va ya daha geniş məlumat almaq üçün "Matanat A" şirkətinə müraciat edin !