Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer əsaslı, çatlamayan, ətraf mühitə zərərsiz və qoxusuz, yarımat saten parlaqlıqda daxili səth boyasıdır. Silinəbilən xüsusiyyətə malikdir.
Səthin hazırlanması. Boyanacaq səthlər yağ, pas, toz və s. kimi yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir, səth quru olmalıdır. Səth Rokol BİNDER və ya digər oxşar məhsulla astarlanmalıdır.
İstifadə etməzdən əvvəl boya 10-15% su ilə qarışdırılaraq fırça və ya vərdənə ilə səthə ən az 2 qat çəkilməlidir. Qatlar arası 6-8 saat gözlənməlidir. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olarak tək qatda 9-11 m2 / kq boya istifadə oluna bilər.
Tərkibi: Akrilik sopolimer emulsiya əsaslı
QURUMA MÜDDƏTİ:
-ilk 4-6 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq Saten
Qablaşdırma: 20 kq, 10 kq, 3 kq (brutto)