Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer əsaslı, çatlamayan, ətraf mühitə zərərsiz və qoxusuz, ipəkmat parlaqlığında daxili səth boyasıdır. Silinəbilən xüsusiyyətə malikdir.
Səthin hazırlanması. Boyanacaq səthlər yağ, pas, toz və s. kimi yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir, səth quru olmalıdır. Səth ROKOL BİNDER və ya digər oxşar məhsulla astarlanmalıdır.
İstifadə etməzdən əvvəl boya 10-15% su ilə qarışdırılaraq fırça və ya vərdənə ilə səthə ən az 2 qat çəkilməlidir. Qatlar arası 6-8 saat gözlənməlidir. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.
Akrilik sopolimer emulsiya + silikon emulsiya əsaslı
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 9-11 m2 / kq boya istifadə oluna bilər.
Tərkibi: Akrilik sopolimer emulsiya + silikon emulsiya əsaslı
QURUMA MÜDDƏTİ:
-ilk 4-6 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq İpək Mat
Qablaşdırma: 20 kq, 10 kq, 3 kq (brutto)
Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 3 il saxlanıla bilər.
Xİ - Qıcıqlandırıcı təsirə malikdir.
H 317- Allergik təsirə səbəb ola bilər.
P101 – Tibbi müdaxiləyə ehtiyac olarsa məhsulun qabını və ya etiketini saxlayın.
P102 – Uşaqların əli çatmayan yerlərdə saxlayın
P103 – İstifadədən əvvəl etiketi oxuyun.
P261 – Toz, duman, qaz buxarı ilə tənəffüs etməməyə diqqət edin.
P280 – Boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühafizə vasitələrindən istifadə edin.
P321 - Xüsusi müalicə (etiketə baxın).
P333+P313 – Dəridə qıcıqlanma və ya qızartı olarsa həkimə müraciət edin.
P501 – Qabı dövlətlərarası standarta uyğun olaraq məhv edin.