Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer və silikon emulsiya əsaslı, yüksək keyfiyyətli, uzunömürlü daxili səth boyasıdır. Yüksək yapışma və silinə bilmə xüsusiyyətlərinə malikdir.
Səthin hazırlanması. ROKOL Lüks Sil boyasını istifadə etməzdən əvvəl qabarmış, boş və möhkəm olmayan səthlər qaşınmalı, səth yapışmağa mane olan yağ, parafin və digər qalıqlardan təmizlənməlidir. İstifadədən əvvəl səth Rokol Binder, Rokol Silikonlu və ya Rokol Akrilik Astar ilə astarlanmalıdır. Lazım gəldikdə səthdəki çuxur və çatlar ROKOL F-Pas fasad pastası ilə və ya digər oxşar məhsulla suvanmalıdır.
İstifadə zamanı boya 15-20% su ilə qarışdırılmalıdır. Fırça və ya vərdənə ilə səthə ən az 2 qat çəkilməlidir. Qatlar arasında 3-4 saat gözləyin. İstifadə vaxtı səthin temperaturu +5°C-dən yuxarı, mühitin rütubəti isə 80%-dən aşağı olmalıdır.
Tək qatda 7-9 m2 / kq boya istifadə olunur.
Tərkibi: Akrilik sopolimer emulsiya + silikon emulsiya əsaslı
QURUMA MÜDDƏTİ:
-ilk 4-6 saatdan sonra
-son 24 saatdan sonra
Qablaşdırma: 20 kq, 10 kq, 3 kq (brutto)