Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer əsaslı, tam mat görünüşlü daxili tavan boyasıdır.
Daxili məkanlarda məcun vurulmuş hər cür beton və ya gipskarton tətbiq olunmuş tavanlarda istifadə olunur.
Səthin hazırlanması: Boyanı tətbiq etməzdən əvvəl səth yapışmağa mane olan yağ, toz, qum və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səth quru olmalıdır. Səth ROKOL Binder və ya digər oxşar məhsulla astarlanmalıdır.
İstifadədən əvvəl məhsula 15-20% su əlavə edib qarışdırıcı ilə tam qarışdırmaq lazımdır. Boya fırça və ya vərdənə ilə səthə 2 qat çəkilməlidir. Qatlar arasında mühitin temperaturundan asılı olaraq 2-3 saat gözləmək lazımdır. Məhsulu səthə çəkdikdə vərdənəni bir istiqamətdə hərəkət etdirmək lazımdır. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 5-7 m²/ kq boya istifadə olunur.
Tərkibi: Akrilik sopolimer emulsiya əsaslı
Quruma müddəti:
-ilk 2-3 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq: Tam mat
Qablaşma: 25 kq, 10 kq, 3.5 kq (brutto)