Həftənin təklifi
Məhsulun kodu:
200 AZN-dən yuxarı çatdırılma pulsuzdur.
Akrilik sopolimer əsaslı, çatlamayan, ətraf mühitə zərərsiz və qoxusuz daxili səth boyasıdır.
Beton, gips, suvaq və uyğun astarla astarlanmış daxili səthlərdə istifadə olunur.
Səthin hazırlanması: Boyanacaq səthlər yağ, pas, toz və s. kimi yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir, səth quru olmalıdır. Səth ROKOL Binder və ya digər oxşar məhsulla astarlanmalıdır.
Birinci qatda boyanın 15-20%-i qədər su əlavə edərək qarışdırılır, fırça və ya vərdənə ilə səthə ən azı 2 qat çəkilməlidir. Qatlar arası 6 saat gözlənilməlidir. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C lə +30°C arasında olmasına diqqət edilməlidir. Boyanı səthə vurduqda vərdənəni sıxmaq olmaz, boyanı divara bərabər şəkildə vurmaq lazımdır, əks halda səthdə vərdənə izləri yarana bilər.
Tətbiq ediləcək səthin növündən və hopma qabiliyyətindən asılı olaraq tək qatda 6-8 m² / kq boya istifadə oluna bilər.
Tərkibi: Akirlik sopolimer emulsiya əsaslı
Quruma müddəti:
-ilk 4-6 saatdan sonra
-son 24 saatdan sonra
Parlaqlıq Mat
Qablaşdırma 25 kq, 10 kq, 3.5 kq (brutto)