Polivinil asetat əsaslı, geniş təyinatlı, xüsusi kimyəvi qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik ağ rəngli yapışqandır. AZS 082-2003 standartına uyğundur.
Ağac, mebel, parket, kağız, karton və s. məmulatların yapışdırılmasında.
Səthin hazırlanması: İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmaya mane olan qalıqlardan təmizlənməlidir.
İstifadədən əvvəl qarışdırın. Yapışdırılacaq səthə nazik qat şəkilində çəkin. 1-2 dəqiqədən sonra yapışdırılacaq məhsulu səthə yapışdırın və preslə sıxıb bir gün saxlayın. Yüksək yapışqanlılıq əldə etmək üçün +5˚C-dən yuxarı temperaturda istifadə olunması məsləhət görülür. Tam yapışmaya 24 saatdan sonra nail olunur.
Ağac materialların xüsusiyyətlərindən asılı olaraq sərfiyyat 0.5 - 1.2 kq/m²-dir.
Tərkibi: Polivinil asitat tərkibli
Rəngi: Ağ
Tutma müddəti:
İlk: 1-2 dəqiqədən çox
İstifadə temperaturu +5oC - +30oC
Qablaşdırma: 25 kq, 8 kq, 2.8 kq, 0.85 kq (brutto)
Hesablama nəticəsi: